Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
FHN-nin yaydığı məlumata görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, bir qrup əməkdaş Oğuzdakı yanğının, digər qrup isə Qəbələdəki yanğının söndürülməsinə çalışır.
Hazırda hər iki rayonda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Lakin küləyin güclü olması yanğınların söndürülməsinə çətinliklər yaradır.