Nikol Paşinyan İlham Əliyevlə görüşməyə hazır olduğunu açıqladı

Nikol Paşinyan İlham Əliyevlə görüşməyə hazır olduğunu açıqladı
12 Avqust 2021
Mətni dəyiş

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

Bu barədə news.ru saytı məlumat yayıb. N.Paşinyan əlavə edib ki, Ermənistan ATƏT-in Minsk qrupundan konkret təkliflər gözləyir.

Ermənistan baş naziri həmçinin əlavə edib ki, İrəvan regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun