12 Avqust 2021
Mətni dəyiş
Rusiyanın həbsdə olan müxalifət lideri Aleksey Navalnıya qarşı yaratdığı qeyri-kommersiya təşkilatının rusiyalıları qanunu pozmağa təşviq etməsi ilə bağlı yeni bir ittiham irəli sürülüb.
Çərşənbə günü Rusiya İstintaq Komitəsi tərəfindən elan edilən ittiham üç ilə qədər həbs cəzası nəzərdə tutur.
Komitə Navalnının Korrupsiya ilə Mübarizə Fondunun yanvar ayında rusiyalıları icazəsiz etirazlara qatılmağa təşviq etdiyini və qanunu pozduğunu iddia edib.
45 yaşlı Navalnı hazırda 2014-cü ildə mənimsəmə ittihamı ilə iki il yarım həbs cəzası çəkir. Kremlin sinir sistemini iflic edən maddə ilə zəhərlədiyini deyən və beş ay Almaniyada müalicə alan Navalnı yanvar ayında Rusiyaya qayıdan kimi həbs edilib. Rusiya rəsmiləri onun iddiasını rədd edir.
İyun ayında Navalnının fondu "ekstremist" adlandırılaraq, qanunsuz sayılıb və onun şəbəkəsi tərəfindən idarə olunan bir çox veb sayt bloklanıb. Saytlar təbliğat aparmaqda ittiham edilib.
Avqustun 10-da Navalnının iki ən yaxın müttəfiqi İvan Jdanov və Leonid Volkov barəsində cinayət işi açılıb. Hüquq -mühafizə orqanlarının verdiyi məlumata görə, ittiham avqust ayında İnternetdə yerləşdirilən və Volkov və Jdanovun "qanunsuz fəaliyyətlərini davam etdirdiklərini elan etdikləri və pul toplanılmasını təşkil etdikləri" video ilə əlaqədardır. İttihamla maksimum 8 il həbs cəzası nəzərdə tutulur.
Navalnının müttəfiqləri deyirlər ki, təzyiqlər sentyabrın 19-da keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifəti zəiflətmək məqsədi daşıyır.
Jdanov Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) keçmiş direktoru olub, Volkov isə Navalnının buraxılmasından əvvəl regional şəbəkəsinə rəhbərlik edib. Digər cinayətlərdə də günahlandırılan hər iki fəal hazırda xaricdə yaşayır.