21 Avqust 2021
Mətni dəyiş
Mütəxəssislər hesab edir ki, bir zamanlar Çinlə gərgin əlaqələri olan Moskva indi Vaşinqtonun Asiyadakı təsirinə qarşı çıxmaq üçün Cənub-Şərqi Asiya dənizinin suverenliyi üzərində gərginlik daxil olmaqla üçüncü ölkələrlə mübahisələrdə Pekinə dəstək verir.
ABŞ-dan sonra dünyanın ikinci ən güclü ordusuna sahib olan Rusiya Çinlə birlikdə vaxtaşırı hərbi təlimlər keçirir ki, bu günə qədər onların ən azı dördü ictimaiyyətə açıqlanıb və cənubdakı nəhəng qonşusuna silah satır və Qərbi tənqid etməkdə ona qoşulur.
Havayda yerləşən Daniel K. adına Asiya-Sakit Okean Təhlükəsizlik Araşdırmaları Mərkəzinin professoru Aleksandır Vuvinq bildirir ki, Moskvadakı rəsmilər Pekinin mübahisəli Cənubi Çin Dənizi üzərindəki iddiasına dəstək verir amma dənizdə digər beş Asiya ölkəsi ilə Çinin suverenliyi ilə üzərində aparılan rəqabətdə açıq şəkildə Pekinin tərəfini tutmur.
O deyir ki, Çin və Rusiya Soyuq Müharibədə rəqibləri olan ABŞ-a və onun müttəfiqlərinə "tək" olmadıqlarını göstərmək üçün bir-birilərinə ehtiyacı var.
ABŞ Hərbi Dəniz Donanmasının gəmiləri Pekini nəzarətdə saxlamaq üçün müntəzəm olaraq Cənubi Çin dənizində hərəkət edir.
İyul ayının sonundan etibarən isə Qərblə müttəfiq olan ən azı səkkiz digər ölkə Honq-Konqdan Borneo Adasına qədər uzanan və ehtiyatlarla zəngin dənizin Çinin nəzarətinə keçmək əvəzinə, beynəlxalq miqyasda açıq qalmasını dəstəkləmək üçün gəmilərini Cənubi Çin dənizinə göndərməyi planlaşdırdığını bildirib.
"Əsasən bu, Cənubi Çin dənizindəki ərazi mübahisələrində Rusiyanın Çinlə birləşməsindən daha çox ABŞ-ın qlobal gücünə meydan oxumaqdır" deyə Vuvinq bildirir.
Çinin xəbər agentliyi CGTN-in internet saytında yayımlanan məlumata görə, Rusiya və Çin keçən həftə Çinin mərkəzindəki ucqar bir bölgədə 10 mindən çox hərbçi, təyyarə, artilleriya və zirehli maşınların cəlb edildiyi beş günlük hərbi təlimlər keçirib.
Sinqapurda Nanyang Texnologiya Universitetinin dəniz təhlükəsizliyi üzrə tədqiqatçısı Kollin Koh Çin silahlı qüvvələrinin hələ də Rusiya texnikasından və təcrübəsindən istifadə etdiyini bildirir. Ruiya 2015-ci ildə Çinə 24 döyüş təyyarəsi və dörd ədəd S-400 raket sistemini 7 milyard dollara satmağa razılaşıb.
Bunula belə, mütəxəsilər Çin-Rusiya əməkdaşlığının məhdudiyyətlərinin olduğunu bildirirlər. Cənubi Koreyada fəaliyyət göstərən siyasi analitik və FBC2E International Affairs Facebook səhifəsinin həmtəsisçisi Vanq Vei-çieh bildirir ki, bu iki ölkənin hər biri böyük qüdrət olaraq digərinin özündən daha çox güclü olmasını istəmir.
"Rusiya və Çin həm də bir-birlərindən narahatdırlar" deyən Vanq bildirir ki, "Heç bir tərəf digərinin üzərində üstünlüyə malik olmasını istəmir".
Daha öncə mövcud olan güclü Çin-Rusiya əlaqələri 1960-cı illərdə iki Kommunist partiyası arasında ideologiya üzərində parçalanma yaşandıqdan və sərhəd münaqişələri olduğu vaxt məhv olmuşdu.
Koh deyir ki, onlar bugünkü hərbi təlimlər hər hansı bir ittifaqdan daha çox "qarşılıqlı əlaqə" adlandırırlar.