"Komissiyaların səlahiyyət müddəti 5 ildir. MSK Milli Məclis tərəfindən formalaşdırıldıqdan sonra DSK-lar formalaşdırılmalıdır".
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, DSK-ları formalaşdırmaq MSK-nın müstəsna səlahiyyətidir: "Siyasi partiyaların təmsilçilərinin seçki komissiyalarında üstünlük təşkil etməsinə çalışmaq lazımdır. Bəzi demokratik ölkələr var ki, bizdəki qədər partiya yoxdur. Partiyalar insanların onları tanımasına çalışmalıdır".
Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini, Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndəsi Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib: "Artıq DSK-ların tərkibində dəyişiklik olunmasının vaxtı çatıb. Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) nümayəndələri geniş iş aparıb".
Onun sözlərinə görə, seçkilərin keçirilməsi üçün ən ümdə məsələlərdən biri də üzvlərin peşəkarlığıdır:
"Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. MSK-da Milli Məclisdə çoxluq təşkil edən partiyanın (YAP) 6 nümayəndəsi tərəfindən təqdimat imzalanıb. Tədqim edilən siyahıda 375 namizədin məlumatları var".
Sonra siyahı səsverməyə çıxarılaraq qəbul edilib.