Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Ombudsmanının Azərbaycan əsgərləri tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması xəbərini yalan və böhtan adlandırıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu, Ermənistan tərəfinin növbəti informasiya təxribatıdır", - deyə açıqlamada bildirilir.