Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib:
“Qeyd edirik ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatını açıqlamır.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.