Meksikada heyvanlar üzərində aparılan kosmetik təcrübələrin qadağan edilməsini nəzərdə tutan Ümumi Sağlamlıq Qanun layihəsi Senatın İkinci Qanunvericilik Araşdırmaları Komitəsi və Birgə Sağlamlıq Komissiyaları tərəfindən yekdilliklə qəbul edilib.
Meksika Prezidenti Andres Manuel Lopez Obradorun da partiyası olan “Morena”nın (Milli Yenilənmə Hərəkatı) senatdakı koordinatoru Rikardo Monreal verdiyi açıqlamada qanun layihəsinin 1 sentyabrdan sonrakı senat iclaslarında gündəmə salınaraq təsdiqlənməsinin gözlənildiyini deyib.
Senat komitələri tərəfindən təsdiqlənən Ümumi Sağlamlıq Qanun layihəsində kosmetik araşdırma məqsədilə heç bir kosmetik tərkibin, satışa hazır kosmetik məhsulun və bunların tərkibindəki maddələrin və ya bu maddələrinin qarışıqlarının heyvanlar üzərində sınanmayacağı açıq şəkildə qeyd edilib.
Bundan başqa qanun layihəsi ilə tərkibində heyvanlar üzərində test edilən hər hansı bir qarışım, ya da bunların kombinasiyaları olan hər cür kosmetik məhsulun ölkədə istehsalı, satışı və ya idxalı qadağan ediləcək.
Məhsullara etiket yapışdırılacaqQanun layihəsi ilə istehlakçıların məlumat əldə etmə hüququ əsasında satışa çıxarılan kosmetik məhsullarda, istehsalında heyvan üzərində təcrübə aparılmadığı qeyd edilən etiketlərin yapışdırılması da məcburi olacaq.
Kosmetik məhsulları heyvanlar üzərində test edənlərə 2 ildən 7 ilədək həbs cəzasının verilməsi qanun layihəsi çərçivəsində heyvanlar üzərində kosmetik testlər edən və bu testlərin hazırlanmasında iştirak edən şəxslərlə bu insanları işə götürən, idarə edən və buna icazə verənlər 2 ildən 7 ilədək həbs və və o günün cəza vahidinin 200-2000 misli miqdarında cərimə ilə cəzalandırılacaqlar.
Qanun layihəsi həmçinin istehsalçılara, kosmetik məhsulların heyvanlar üzərində təhlükəsizliyi və effektivliyini yoxlamaq məqsədilə alternativ üsullar hazırlamaq üçün qanun qüvvəyə mindikdən etibarən iki illik möhlət də verəcək.