"Dünyaya yenicə uşaq gətirmiş qadınların vaksinasiyası barədə ziddiyyətli fikirlər mövcuddur. Əgər qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda vaksinasiya oluna bilər".
Bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) I Mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova deyib.
Onun sözlərinə görə, doğuşdan sonrakı dövrdə qadının bir qədər zəiflədiyini nəzərə almaq lazımdır: "Əgər zahılıq dövrü bitdikdən sonra ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.