Koronavirus pandemiyası ilə birlikdə, demək olar ki, hər şey kökündən dəyişdi: Məktəblər, iş şəkli, səhiyyə, tətil və hətta qucaqlaşmalarımız… Ancaq bir çox ölkənin qəbul edilən qərarları yumşaltdığını, ya da tamamilə ləğv etdiyini nəzərə alsaq, pandemiyanın nəhayət sona çatdığından danışa bilərik?
Londonun "College" Universitetinin Genetika İnstitutunun müdiri Fransua Ballu bu suala "demək olar ki" şəklində cavab verib.
Professor Ballu bu qış fəslində Avropada bəzi dalğalanmaların olacağını ehtimal etsə də, Birləşmiş Krallıq da daxil olmaqla, yüksək vaksinasiya faizlərinə sahib ölkələrdə virusun pandemiya mərhələsinin yaz aylarında bitəcəyindən “olduqca əmin” olduğunu söyləyib və “Tunelin sonundakı işığı görürük” deyib.
[caption id="attachment_106153" align="alignnone" width="1180"] Francois Balloux[/caption]Haqqında bəhs edilən bu işıq ötən qış fəslinin qaranlığında Birləşmiş Krallığın kütləvi vaksinasiya kampaniyasını başladan ilk qərb ölkəsi olması ilə parlayıb.
Şotlandiyada yanvar ayında yeni dalğanın pik nöqtəsində gündəlik 65 nəfər həyatını itirib.
Amma o zamandan bəri Şotlandiyada hər 10 yetişkindən doqquzu bir doza və hər 10 nəfərdən yeddisindən çoxu isə hər iki doza koronavirus vaksini vurdurub. Bu, bir bütün şəklində Birləşmiş Krallıqdakına bənzər hekayədir.
Pandemiyanı izləyən “Our World in Data” web saytına görə, bu statistika Birləşmiş Krallığı Kanada və İspaniya ilə birlikdə dünyanın ən yaxşı qorunan böyük ölkələrindən biri edir.
Bu qorunmanın təsirləri isə diqqət çəkir. Pandemiyada yoluxma sayı iyunun 30-da ötən qışdan bəri ilk dəfə yenə pik həddə çatıb. Amma gündə 65 ölümlü statistikalar müşahidə edilməyib. Hətta gündəlik ölüm sayı ortalama səkkizi keçməyib.
“Sürü immuniteti”nə yaxınlaşmışıq?
Bəs bu, vaksin və ya infeksiya ilə yaradılan antikorlar sayəsində bir çox insanın Covid-ə qarşı qorunmaya sahib olması və artıq virusun yoluxmağa heç kimi tapmaması “sürü immuniteti”nə yaxınlaşdığımız anlamına gəlmir?
Texas Universiteti Covid-19 Modelləşdirmə Konsorsiyumu direktoru Louren Ancel Mayersə görə “xeyr”.
BBC Şotlandiyanı kanalındakı “The Nine” proqramına müsahibə verən Mayers yoluxma sürəti yüksək olan Delta variantının burada önəmli rol oynadığını düşünür.
Bundan başqa, virusun hələ vaksinlənməmiş dünya əhalisinin 85 faizini və vaksinlənsə belə bəzi şəxsləri yenə də yoluxdura bilmə potensialı olduğunu deyən Mayers bu səbəblə sürü immunitetinə çatmanın hələlik mümkün olmadığını söyləyib.
[caption id="attachment_106145" align="alignnone" width="1200"] Louren Ancel Mayers[/caption]Dolayısı ilə mövcud şərtlər, virusun daha əvvəlki növləri ilə sürü immunitetinə çatmağımızı təmin etmiş olsa da, görünür ki, Delta daha çox yoluxucudur.
Professor Mayers “Dünya çapında Covidin tamamilə ortadan qalxmasına kifayət edəcək qədər immunitetə sahib olmamız elə də mümkün görünmür” deyib.
Professor Ballu da virusun dövriyyədəki mövsümi 200-dək nəfəs yolu virusuna qatılaraq “endemik” hala gələcəyini qəbul edir, amma bu mərhələdə daha yüngül soyuqdəymə, yoxsa ciddi bir qrip olacağını deməyin çətin olduğunu qeyd edib.
Şotlandiyada xəstəxanaya yerləşdirilənlər və ölümlərdəki dramatik azalmanın onsuz da görüldüyünü deyən professor Ballu “Çox qorxunc səslənə bilər, amma əvvəl-axır virus hamıya, çox güman ki, bir neçə dəfə yoluxacaq” deyib və sözlərinə davam edib:
“Bu vaksinlər çox yaxşıdırlar, amma yoluxmanın qarşısını tamamilə almırlar”.
Bu son məqam ABŞ-ın Viskonsin ştatındakı alimlərinin Delta variantına yoluxan vaksinli fərdlərin virusu başqalarına ötürə biləcəyinə dair sübutların yer aldığı bir məqaləsi tərəfindən də dəstəklənib. (Bununla belə, araşdırma müntəzəm olaraq nəzərdən keçirilmir və buna görə də bir qədər ehtiyatla diqqətə alınmalıdır).
Professor Mayers bu ssenaridəki əsas təhlükənin mövcud vaksinləri yalnız yoluxma baxımından deyil, eyni zamanda ciddi xəstəlik və ölümə səbəb olma qabiliyyəti baxımından da geridə qoyan başqa bir variantın ortaya çıxması olduğunu deyib.
Yeni variant riskləri
“Virus ölkəmizdə, ya da dünyanın başqa bölgəsində ciblərimizdə dolaşdığı müddətcə bu gün istifadə etdiyimiz vaksinləri dəf edə biləcək variantların ortaya çıxma riskiylə üz-üzə qalacağıq” – deyə xəbərdarlıq edən professor Mayers əlavə edib:
“Bu virusun olduqca dəyişkən olduğunu və daha sürətlə yayılmasını, potensial olaraq daha ölümcül olmasını, immun sistemimizə yad olacaq şəkillərdə dəyişə biləcəyini bilirik. Bunlar mümkün ssenarilərdir”.
Professor Ballu isə o qədər narahat deyil. Virusun təkamülündə “yavaş dəyişimin” daha mümkün olduğunu düşünür və bu anda “super virus” yaradan bir mutasiya olmayacağından “çox əmindir”.
Hər iki halda da getdikcə daha çox yetişkin fərdin vaksinlənməsi ilə bütün diqqət virusu hansı ölçüdə yaydıqları ilə bağlı suallarla uşaqlara yönəlir.
Birləşmiş Krallıqda hazırda 16 və 17 yaşlarındakı şəxslər də vaksinlənə bilər. Məktəblərdə pozitiv testin çıxmasından sonra bütün təhsil müəssisələrinin karantinə alınması şərti də yumşaldılır.
ABŞ-da hazırda yoluxmaların nisbətən aşağı vaksinləmə faizlərinə sahib Florida və Texas da daxil olmaqla, demək olar ki, 50 milyon insanın yaşadığı ştatlarda sürətləndiyi müşahidə edilir.
Mayers Texasın paytaxtı Ostindəki vəziyyətə işarə edərək bildirib ki, xəstəxanalar narahatedici şəkildə dolur.
Bundan başqa, Mayers indi və gələcəkdə bu cür dalğalanmalara qarşı maska taxma, kütləvi testlər və sosial məsafəni qoruyan istəkli, bilgili vətəndaşlara sahib ölkələrin Covid ilə ən yaxşı mübarizə edəcək ölkələr olacağını deyib.
“Səhiyyə sisteminə təzyiq artır”
Xalq sağlamlığı mütəxəssisləri Şotlandiya xəstəxanalarındakı Covid xəstələrinin sayının 2020-ci il yaz ayları və 2021-ci ili yanvar ayı ilə müqayisədə daha aşağı olmasına baxmayaraq, pandemiyanın səhiyyə xidmətləri üzərindəki təzyiqinin sərt olduğunu qeyd edirlər.
İngiltərə Milli Səhiyyə Xidmətləri NHS-in sağlamlığın qoruması məsləhətçilərindən Ceki Hayland xəstəxanaların, əməliyyatxanaların və digər xidmətlərin “çox dolu” olduğunu deyib.
Səhiyyə müəssisələrinə qəbul edilən xəstə sayının məhdudlaşdırılması ilə təcili yardımlara müraciətlərin çox artdığını deyən doktor Hayland “Bir çox yöndən bütün sistem əslində dayanma nöqtəsinə gəlib. Əvvəllər işlər çox çətin idi, indi daha da çətinləşib” söyləyib.
[caption id="attachment_106147" align="alignnone" width="1200"] Ceki Hayland[/caption]Virusun endemik hala gələcəyini ehtimal edən doktor Hayland yoluxmaları təyin etmək və nəzarət altına almaq üçün insanların davamlı olaraq test vermələri və Covid vaksini vurdurmaları gərəktiyini də sözlərinə əlavə edib.
Deyəsən, effektiv vaksinlənmənin öhtəlikdən daha çox yuxu olduğu pandemiyanın ilk qaranlıq günlərindən Covid-ə qalib gəlmək üçün daha yaxşı bir yerdə yeni mərhələyə keçirik.
Yəni, Covid hələ bitməsə də, ümidin olduğu görünür.
Professor Mayers “Tibbi qaynaqlara da, bilgiyə də malikik” deyib.