Kapitoli polisinin yeddi əməkdaşı ABŞ-ın keçmiş prezidenti Donald Trampı məhkəməyə verib.
“Reuters” xəbər verir ki, asayiş keçikçiləri siyasətçini Vaşinqtondakı 6 yanvar hadisələrini öncədən planlaşdırmaqda ittiham ediblər.
Onların sözlərinə görə, Tramp xeyli müddət ərzində prezident seçkilərinin saxtalaşdırılması haqqında əsassız bəyənatlar verərək, öz tərəfdarlarını aqressiv hərəkətlərə sövq edib. Nəticədə acıqlı kütlə Kapitoliyə hücum çəkib.
Bundan öncə də sözügedən hadisələrlə bağlı Trampa qarşı məhkəmə iddiası irəli sürülüb.