Kabil hava limanı yaxınlığında törədilən partlayış nəticəsində ölən 103 nəfərdən azı 28-i “Taliban” hərəkatının üzvüdür.
“Reuters” agentliyi bu barədə “Taliban” rəsmisinə istinadən məlumat yayıb. Təşkilat rəhbəri deyib ki, onlar amerikalılardan daha çox insan itirib.
ABŞ prezidenti Co Bayden cümə axşamı günü Kabil hava limanı yaxınlığında azı 13 Amerika əsgəri və Talibanın nəzarətini əlinə keçirdiyi ölkədən qaçmaq ümidi ilə aeroporta toplaşan onlarla mülki vətəndaşın ölümünə səbəb olan hücumlara görə məsuliyyət daşıyanların cəzalandıracağına söz verib.
[caption id="attachment_19980" align="alignnone" width="1600"] Joe Biden[/caption]"Bu hücumu həyata keçirənlər və Amerikaya zərər vermək istəyən hər kəs bunu bilsin: biz bağışlamayacağıq, bunu unutmayacağıq. Sizi tapıb bunun bədəlini ödəməyə məcbur edəcəyik" – deyə, prezidenti Bayden milli televiziyada yayımlanan çıxışı zamanı deyib.
İŞİD terror qruplaşması ona məxsus xəbər agentliyinin "Telegram" kanalında Həmid Karzai Beynəlxalq Hava Limanının perimetri boyu iki yerdə, Abby Qapısı yaxınlığında və ən yaxın otelə yaxın partlayışın törədilməsindən bir neçə saat sonra hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.
Kabil hava limanı yaxınlığında cümə axşamı baş verən iki partlayış ABŞ-ın hərbi personalı və ölkədən qaçmaq üçün orada toplaşan əfqanların ölümü ilə nəticələnib.
"Associated Press" agentliyinə danışan və adının açıqlanmasını istəməyən Əfqanıstan rəsmisinin bildirdiyinə görə, hücum nəticəsində azı 103 əfqan ölüb, 143 nəfər yaralanıb.
ABŞ-ın Mərkəzi Komandanlığının başçısı general Frank MakKenzi Pentaqonda mətbuat brifinqi zamanı bildirib ki, hücumda həmçinin ABŞ-ın 12 hərbi qulluqçusu – 11 dəniz piyadası və Dəniz Donanmasının bir həkimi öldürülüb, 15 nəfər isə yaralanıb.
[caption id="attachment_107288" align="alignnone" width="1280"] Frank Mckenzie[/caption]MakKenzi deyib ki, bomba hücumlarından sonra silahlı atışma baş verib, amma təxliyyə uçuşları davam edib.
“Biz bir nömrəli missiyamızı həyata keçirməyə, yəni mümkün qədər çox əfqanı və vətəndaşlarımızı Əfqanıstandan çıxarmağa davam edirik,” MakKenzi brifinqdə bildirib. “İŞİD bizi missiyamızı yerinə yetirməkdən yayındırmayacaq,” o deyib.
Pentaqon sözçüsü Con Kirbi daha öncə cümə axşamı Kabil hava limanının Abbi qapısında "amerikalıların və mülki şəxslərin yaralanması ilə nəticələnən partlayışın kompleks hücumun nəticəsi olduğunu" bildirmişdi.
O həmçinin Twitter səhifəsində "Abbi girişi yaxınlığındakı Baron mehmanxanasında və ya onun yaxınlığında daha azı bir partlayışın olduğunu təsdiq edə bilərik" deyə yazıb.
Taliban Əfqanıstanı ələ keçirdikdən sonra son günlərdə minlərlə insan ölkəni tərk etmək üçün hava limanına axın edib.
https://twitter.com/PentagonPresSec/status/1430888975917453313Talibanın yüksək səviyyəli rəsmisi Amerikanın Səsinə intiharçı bombanın hava limanı yaxınlığında çox sayda insanın olduğu yerdə partladığını təsdiq edib.
Kəşfiyyat mənbələri Amerikanın Səsinə bildirib ki, hava limanının girişinə 200 metr yaxınlıqda yerləşən Baron Hotelində də ikinci partlayış olub. Bununla bağlı əlavə təfərrüatlar verilməyib.
Partlayışdan bir neçə saat öncə Qərb hökumətləri hava limanında terror hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib və ölkədən təxliyə edilmək istəyən və əraziyə toplaşan insanların təhlükəsiz bir yerə getmələrinin lazım olduğunu bildirib.
Prezident Co Bayden son hadisələri müzakirə etmək üçün təhlükəsizlik komandası ilə görüşüb. "O, gün boyu hadisələrlə bağlı məlumatlandırılacaq," Ağ Ev bildirib.
Partlayışdan öncə ABŞ-ın Kabildəki səfirliyi "ABŞ vətəndaşlarına Kabil aeroportunun ərazisi xaricində təhlükə təhdidləri olduğu üçün ABŞ hökuməti nümayəndəsindən fərdi təlimat alınmadığı təqdirdə aeroporta getmələrini və aeroport girişindən uzaq durmağı tövsiyə edirik. Abbi, Şərq və ya Şimal qapıları qarşısına toplaşan ABŞ vətəndaşları oraları dərhal tərk etməlidirlər" - deyə xəbərdarlıq edib.
Cümə axşamı partlayışda yaralanan insanların bəziləri beynəlxalq QHT tərəfindən idarə olunan və müharibə və mina qurbanlarının müalicəsi üçün nəzərdə tutulan Kabilin Təcili Tibbi Yardım Hospitalına gətirilib. Əfqanıstanın xəbər agentlikləri Twitter-də mülki vətəndaşların yaralıları əl arabaları ilə daşıdıqlarını göstərən şəkilləri paylaşıblar.
https://twitter.com/1TVNewsAF/status/1430894211407114242Britaniya silahlı qüvvələri naziri Ceyms Heppi BBC radiosuna "Hazırda hücum barədə çox-çox etibarlı bir xəbər var" deyib.
[caption id="attachment_107290" align="alignnone" width="1800"] James Heappey[/caption]Avstraliyanın Xarici Əlaqələr və Ticarət Nazirliyi də "çox yüksək terror hücumu təhlükəsi"ndən bəhs edib. Belçikanın Baş naziri Aleksandr De Kroo hökumətinin ABŞ və digər mənbələrdən hücum ehtimalı barədə eşitdikdən sonra təxliyə əməliyyatlarını dayandırdığını bildirib.
[caption id="attachment_107291" align="alignnone" width="1134"] Alexander De Croo[/caption]ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü ABŞ-ın Əfqanıstandakı İŞİD qruplaşmasının filialından potensial təhlükə gördüyünü bir daha vurğulayıb.
[caption id="attachment_96084" align="alignnone" width="1600"] Antony Blinken[/caption]"Bu səylərin mürəkkəbliyini və təhlükəsini qiymətləndirmək çətindir. Hazırda biz Talibanın nəzarətində olan şəhər və ölkədə, düşmənlə bir mühitdə, həqiqətən də İŞİD-K hücumunun ehtimalı olan bir yerdə fəaliyyət göstəririk. Biz bütün tədbirləri görürük, amma bu çox risklidir" - deyə, Blinken Dövlət Departamentində bildirib.
Avqustun 26-da Kabil aeroportunun yaxınlığında iki terror aktı törədilib.
Son məlumatlara görə, hücumda 13-ü ABŞ əsgəri olmaqla 103 nəfər həyatını itirib.