İsrail polisləri Qüdsdə bir mağazada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkli asıldığına görə, mağaza sahibini cəzalandırıb.
Bu barədə Türkiyənin 'Sözcü' nəşri xəbər yayıb. Məlumatı mağaza sahibi fələstinli İmdad Əbu Xədicə verib.
Mağaza sahibi bildirib ki, həmin gün İsrail polisi ərazidəki mağazalara basqınlar təşkil edirmiş.
Mağaza sahibi qeyd edib ki, mağazaya girən polislər şəkli görən kimi onu cərimələyiblər, səbəb soruşduqda isə sadəcə 'qadağandır' deyiblər.
Onun sözlərinə görə, bu cür hərəkətlər bölgədəki obyektlərin bağlanılmasına hesablanıb.