İranda minlərlə müxalifətçinin edam edilməsində ittiham olunaraq 2019-cu ildə İsveçdə həbs olunan keçmiş prokuror Həmid Nuri hakim qarşısına çıxarılıb.
Məhkəməyə çıxarılan keçmiş prokuror "Müharibə cinayəti", "Beynəlxaq hüququn pozulması" və digər cinayətlərdə ittiham olunur.
Həmid Nurinin 1988-ci ildə İran rejiminin əleyhinə çıxan 3 min məhkumun edam qərarında rolu olduğu bildirilir. İran inqilabından sonra edam edilən sosialistlərin hökmlərinin icrasında hazırkı prezident İbrahim Rəisinin də rol aldığı bildirilir.
Məlumata görə, bütün bu edamları koordinasiya etmək üçün "Ölüm komitəsi" təsis edilib. İranın hazırkı prezidenti İbrahim Rəisi də bu dörd nəfərlik komitədə yer alıb.
İranlı keçmiş prokuror Həmid Nuri 2019-cu ildə İsveçdə saxlanılıb.