"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir".
Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilib.
Məlumatda deyilir ki, ötən gün nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 2 siyasi partiyaya fəaliyyət göstərmələri üçün ofis təqdim edib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev və Yeni Zaman Partiyasının sədri Musa Ağayev fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.