Gürcüstan həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər təşkil edir.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyul ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 3 nəfər azalıb. Onların 16-sı ittiham olunan, 3-ü yeniyetmə olmaqla 83-ü məhkumdur.
Gürcüstanda probasiya nəzarətində 25-i kişi, 2-si isə qadın olmaqla 27 Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 3 nəfər artıb.
Qonşu ölkədə həbsdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 534 nəfərdir. Probasiya nəzarətində isə 233 nəfər xarici ölkə vətəndaşı var.