Gürcüstanda bu gündən açıq havada tibbi maska taxmaq yenidən məcburi edilib.
Bu barədə "İmedi" kanalının verdiyi məlumatda bildirilir.
Qərar Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradzenin bu gün keçirdiyi mətbuat brifinqində elan edilib.
Tikaradze ölkə ərazisindəki açıq və qapalı məkanlarda tibbi maskadan istifadənin məcburi olacağını deyib.
Gürcüstanda son 24 saat ərzində 6 208 nəfərdə koronavirus infeksiyası qeydə alınıb, 47 nəfər ölüb.
Hazırda ölkədə 54 763 nəfər aktiv koronavirus xəstəsi var.