Texnologiya nəhəngi Rusiyaya aid 300 'Facebook' və 'Instagram' hesabını sildiyini açıqlayıb.
Məlumata görə, buna səbəb, hesabların sahiblərinin vaksinasiya prosesinə zərər vermək üçün vaksinasiyadan keçən şəxslərin Şimpanzeyə dönməsi ilə bağlı iddialarıdır.
'Facebook' bildirib ki, onlar 65 'Facebook', 242 'Instagram' hesabını bağlayıblar.
"Biz bu hesabları ümumilikdə Rusiyadan idarə olunan, ancaq İngiltərədə qeydiyyatdan keçən marketin şirkəti olan Fazze ilə əlaqələndiririk", - deyə şirkətin açıqlamasında qeyd olunub.
Açıqlamada o da deyilir ki, hesabların heç biri böyük izləyici kütləsinə sahib olmayıb.