18 Avqust 2021
Mətni dəyiş
“Facebook” şirkəti ona məxsus messencer və sosial şəbəkələrdə “Taliban”la bağlı kontentin yayılmasını qadağan edib.
Bu barədə CNBC məlumat yayıb.
Qadağa “Facebook”və “Instagram” sosial şəbəkələri, habelə “WhatsApp” mesencerinə şamil olunub.
Şirkətdən verilən məlumata görə, “Taliban” ABŞ-da qadağan edilmiş terror təşkilatıdır və sözügedən qərar ölkə qanunvericiliyinin tələblərinə əsasən qəbul olunub.
Bildirilib ki, “Taliban”la bağlı kontenti izləyərək silmək üçün xüsusi qrup yaradılıb.
Həmçinin, hərəkatı dəstəkləyən profillərin də ləğv olunacağı qeyd edilib.