Ermənistanın Xüsusi İstintaq Xidməti ölkə parlamentindəki qarşıdurmaları araşdıracaq.
Bu barədə qurumdan məlumat verilib.
Bildirilib ki, bununla bağlı müxtəlif şəxslər dəvət olunacaq və müvafiq materiallar hazırlanacaq.
Konkret olaraq hansı şəxslərin dindiriləcəyini dəqiqləşdirmək mümkün olmayıb. Məlumata görə, hələ cinayət işi açılmayıb.
24-25 avqust tarixlərində Ermənistan parlamentində 3 əlbəyaxa dava olub, deputatlar bir-birinə butulka atıblar.