Sentyabr ayında Bakıda “Sea Breeze” kurort qəsəbəsi ərazisində ticarət mərkəzinin tikintisi başlayacaq.
Bu barədə “Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov TASS-a bildirib.
Onun sözlərinə obyektin açılışı Sabunçu rayonunun Nardaran qəsəbəsində 2022-ci ilin yayında planlaşdırılır.
"Ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci mərhələnin ümumi ərazisi 43 min kvadrat metr təşkil edəcək. Növbəti yayda onu başa çatdırmağı planlaşdırıram", - Ağalarov deyib.
Layihənin ümumi ərazisi gələcəkdə 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq tutacaq.
Bundan əlavə, “Sea Breeze”də piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri olan altı kilometrlik bulvar planlaşdırılır.
Yaxın gələcəkdə daimi yaşayış üçün mehmanxana nömrələri olan “Grand Hotel” və “Skyline” apart otellərinin tikintisinə başlanılacaq. Müəssisələr müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.
Eyni zamanda, “Polo Residences” yaşayış kompleksinin 16 binasının tikintisi planlaşdırılır. Bundan əlavə, “Sea Breeze”də “Lighthouse” yaşayış kompleksi tikilir: ikinci binanın bu il, üçüncü və dördüncü binaların inşasının 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kvadratmetr olacaq.
Bakı ətrafında, Xəzər dənizi sahillərində “Sea Breeze” qəsəbəsinin yaradılması 2005-ci ildə çimərliyi olan beşulduzlu otelin tikintisi ilə başlayıb. İndi layihəyə mənzil kompleksləri, villalar, otellər, restoranlar, məktəb və konsert yeri daxildir. Kurort kəndinin yaradılmasına qoyulan ümumi investisiya 1,5-2 milyard ABŞ dolları təşkil edəcək, layihənin 2028-2030-cu illərdə tamamlanması planlaşdırılır. Onun ümumi sahəsi 250 hektara çatacaq, bunun 60 hektarı 2021-ci ildə, digər 60 hektarı 2022-ci ildə tikiləcək.