Beynəlxalq Orqan Bağışlanması və Transplantasiyası Təşkilatı 2020-ci ildə dünya üzrə orqan bağışlayan ölkələrin statistikasını ictimaiyyətlə paylaşıb.
Açıqlanan məlumatlara görə, İspaniya dünyada ən çox orqan bağışlayan ölkə olub.
Ölümdən sonra orqan bağışlamağı adət halına çevirmiş ispanlar artıq dünyanın 5%-ni kritik əməliyyatlarda lazım olan orqanlarla təmin etməyi bacarıb.
Canlı donorlara görə isə Türkiyə ikinci sırada gəlir. Birinci sırada isə Cənubi Koreyadır.
Ölümdən sonra orqan bağışlayan xalqların sırasında isə Türkiyə 53-cü, İngiltərə isə 7-ci yeri tutub.
Məlumata görə, pandemiyaya görə 2020-ci ildə orqan bağışlayanların sayında 18% azalma olub.