Dünya Qida Proqramının (WFP) Əfqanıstan üzrə təmsilçisi Meri Ellen MakQrourti (Mary Ellen McGroarty) ölkənin Talibanın nəzarətinə keçməsindən sonra humanitar böhranın meydana gəlməsi, 14 milyon əfqanın aclıqla üz-üzə qalacağı haqda xəbərdarlıq edib.
Qurumun Əfqanıstan üzrə təmsilçisi bildirib ki, ölkədəki mövcud çalışmalar, üç il ərzində ikinci dəfə yaşanan ciddi quraqlıq və Covid-19 pandemiyası Əfqanıstanı fəlakətə aparır.
[caption id="attachment_106917" align="alignnone" width="1200"]
Mary Ellen McGroarty[/caption]
MakQrourti bundan başqa qeyd edib ki, Dünya Qida Proqramı may ayında 4 milyon əfqana yardım edib və növbəti bir neçə ayda bu rəqəmi 9 milyona çatdırmağı planlaşdırır. Amma bu mövzuda “hələ bir çox çətinliklərlə üz-üzədirlər”.
Münaqişələrin tezliklə bitməsinin vacibliyini vurğulayan MakQrourti qış fəslindən əvvəl və yollar bağlanmamış Əfqanıstanın ciddi fəlakət bölgələrində qida tədarükü edilməsi üçün 200 milyon dollar ianə edilməsi haqda çağırış edib.