Danimarkada 10 sentyabrdan etibarən COVID-19 pandemiyası fonunda tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin ləğv ediməsi barədə qərar qəbul edilib.
Bu barədə ölkənin Danimarkanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkənin səhiyyə naziri Maqnus Xoynike bildirib ki, Danimarkada COVID-19 pandemiyası nəzarət altındadır və hökumətin artıq koronavirusu cəmiyyət üçün təhlükəli infeksiya hesab etmir.
“Əgər gələcəkdə pandemiya cəmiyyətin vacib sahələrini təhdid edərsə, hökumət yenidən lazımi tədbirləri görməkdən çəkinməyəcək”- deyə Danimarkanın səhiyyə naziri vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Danimarkada əhalinin 80 faizi peyvənd olunub və hazırda 12 yaşından başlayaraq yeniyetmələr arasında peyvənd kampaniyası davam etdirilir.