28 Avqust 2021
Mətni dəyiş
Azərbaycanda karantin rejimi dövründə COVID-19 pasportu olmadan 50 nəfərədək iştirakçı ilə toyların keçirilməsinə verilən icazə ləğv edilir.
Bununla bağlı bu gün Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, həmin icazəni nəzərdə tutulan “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərardan “50 nəfərədək” sözləri çıxarılıb.
Qərar sentyabrın 1-dən qüvvəyə minir.