24 Avqust 2021
Mətni dəyiş
“COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyətlər olacaq”.
Bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur:
“COVID-19 pasportu olan şəxslər tədrisə rahat cəlb olunacaq. Çünki onlar digər şəxslər üçün risk yaratmayacaqlar.
Təhsil kütləvi sahədir. Burada şagirdlər, aşağı yaş qruplarından olan şəxslər təhsil alır. Həmin şəxsləri riskə ata bilmərik”.