Multimilyarder Ceff Bezosa məxsus olan “Blue Origin” şirkəti ABŞ Aerokosmik Agentliyi NASA-nı məhkəməyə verib.
Bu barədə “The Verge” nəşri məlumat yayıb.
Məlumata görə, Bezos NASA-nın aya eniş modulunun hazırlanması üzrə tenderi rəqib “SpaceX” şirkətinə verməsindən narazıdır. Milyarder tenderin şərtlərinin pozulduğunu iddia edib.
Digər bir multimilyarder İlon Maskın “SpaceX” şirkəti aprel ayında NASA ilə Ay missiyası üçün 2.9 milyard dollar dəyərində “Starship” kosmik gəmisinin hazırlanması üzrə müqavilə bağlayıb. “Blue Origin”in analoji layihəsi isə 5.9 milyard dollar dəyərində olub.