Bu gün Beynəlxalq İtkinlər Günüdür.
Avqustun 30-u dünyada baş verən silahlı münaqişələr, zorakılıq halları, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüz minlərlə insanı yad etmək, onların ailələrinə dəstək olmaq məqsədilə əlamətdar gün kimi qeyd olunur.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2021-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Bildirilib ki, onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir:
“Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə qocadır”.