BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırır.
Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Hak keçirdiyi brifinqdə bildirib.
"Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik", - o deyib.