12 Avqust 2021
Mətni dəyiş
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın son sanksiyalarına cavab olaraq Vaşinqtondan sentyabrın 1-dək Minskdəki səfirlik işçilərinin sayını 5 nəfərə endirməsini istəyib.
Belarus Xarici İşlər Nazirliyinin sözçüsü Anatol Hlaz avqustun 11-də nazirliyin internet saytında yerləşdirilən müsahibəsində Minskin Culi Fişerin ABŞ-ın Belarusdakı səfiri təyin edilməsinə razılığını da ləğv etdiyini bildirib.
"Belarusun ABŞ-ın indiki administrasiyasına olan inamını itirdiyini nəzərə alaraq, ABŞ hökuməti tərəfindən əlaqələndirilən bütün yeni layihələr, qrantlar və proqramlardakı əməkdaşlığı etibar geri dönənə qədər dayandırırıq" - deyə, Hlaz bildirib.
2008 -ci ildən bəri ABŞ-ın Belarusdakı ilk səfiri olan Fişer 2020-ci ilin dekabrında Senat tərəfindən vəzifəyə təsdiqlənsə də, Belarus hökuməti ona viza vermədiyi üçün Minskdəki vəzifəsini icra edə bilməyib.
Hlazın müsahibəsi avqustun 9-da Lukaşenkonun hakimiyyətdə on illərlə hakimiyyətini uzadan və səsvermənin saxtalaşdırıldığı haqda iddialar fonunda presedenti olmayan etirazlar dalğasına səbəb olan seçkilərin ildönümündə ABŞ, Britaniya və Kanadanın Belarusa qarşı yeni ticarət və maliyyə sanksiyalarını elan etməsindən sonraya təsadüf edir.
Britaniyanın sanksiyaları ölkənin neft və kalium sənayesini hədəf alır. Onlar həmçinin Belarus bazarından müəyyən alətləri və qiymətli kağızların alınmasını da qadağan edəcək. Bundan əlavə, sanksiyalar ölkənin hava daşıyıcılarının Birləşmiş Krallığa uçması və ya enməsinə icazə verməyəcək.
İndiyə qədər Qərbin sanksiyaları 1994 -cü ildən bəri hakimiyyətdə olan Lukaşenkonun davranışını tənzimləməkdə təsirsiz olub.
Britaniya və ABŞ artıq aktivlərini dondurmaq və səyahət qadağaları tətbiq etməklə, bəzi belaruslu şəxsləri hədəf alıb.