Bu gündən etibarən (13 avqust) Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb.
Xəbəri "Report” yayıb.
Bildirilir ki, polis vətəndaşda COVID-19 pasportunun olub-olmadığını yoxlayır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təkzib edib.
O deyib ki, ancaq aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır: "Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur”.
DİN sözçsüsünün sözlərinə görə, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır: "Aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır. Digər hallarda metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir”.