14 Avqust 2021
Mətni dəyiş
2020-ci ildə İsrailin xaricə müdafiə tədarükünün həcmi 15 faiz artaraq 8,3 milyard dollara çatıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
İxracın 44 faizi Asiya ölkələrinin, o cümlədən Fars körfəzinin, 30 faizi Avropa dövlətlərinin və Azərbaycanın, 20 faizi isə ABŞ və Kanadanın payına düşür.
Açıq mənbələrin məlumatına görə, hazırda Azərbaycanın İsraildə müdafiə sifarişlərinin həcmi 2 milyard dollara yaxın təşkil edib.
Sadalanan və əldə olunan silahların arasında atıcı silahlar, artilleriya sistemləri, Hava Hücumundan Müdafiə vasitələri, zirehli texnika, rabitə və kəşfiyyat vasitələri, döyüş və kəşfiyyat dronları var.
Bu yaxınlarda İsraildə Azərbaycan Ticarət Nümayəndəliyinin açılması iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirəcək. İsrail mənbələri bu ölkə ilə Azərbaycan arasında hazırkı yaxınlaşmanın iki vəziyyətdən irəli gəldiyini istisna etmirlər. Əvvəla, Dağlıq Qarabağda müharibənin nəticələridir, belə ki, İsrail silahı qələbəyə böyük töhfə verdi. İkincisi isə İsrail və Türkiyə (Azərbaycanın mühüm müttəfiqi) arasında münasibətlərdəki istiləşmədir. Bakı işarə edir ki, Qüdslə Ankara arasında nizamlanmada vasitəçi olmağa hazırdır.