Avropa Birliyi ölkələrində gənclər ortalama 26.4 yaşlarında ailələrindən ayrı yaşamağa başlayırlar.
Avropa Statistika Ofisi Beynəlxalq Gənclər Günü münasibəti ilə 2020-ci ildə aparılan bir sorğunun nəticələrini yayıb.
Məlumatlara görə, qadınlar ailələrindən kişilərdən daha tez ayrılırlar.
Avropada kişilər 27.4 yaşlarında, qadınlar isə 25.4 yaşlarında ailələrindən ayrı yaşamağa başlayırlar.
Avropa Birliyi ölkələrinin arasında İsveç gənclərin ən tez evdən ayrıldığı ölkə olub. İsveçdə gənclər ortalama 17.5 yaşlarında ayrı evə köçürlər.