Ermənistan Prezidenti Armen Sarkisyan Ararat Mirzoyanın Ermənistanın xarici işlər naziri təyin olunması ilə bağlı fərman imzalayıb.
Bu barədə "Sputnik Armenia" xəbər verir.
A.Mirzoyan 1979-cu ildə İrəvanda doğulub və 2019-2021-ci illərdə Ermənistan parlamentinin spikeri olub. Mirzoyan baş nazir Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının əsas simalarından biridir.
İrəvan Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan A.Mirzoyan 2017-2018-ci illərdə deputat, 2018-2019-cu illərdə isə baş nazirin müavini kimi siyasi fəaliyyətini davam etdirib.