20 Avqust 2021
Mətni dəyiş
Pandemiya səbəbi ilə distant iş rejiminə keçən Apple şirkəti ofislərə dönüş tarixini təxirə salıb. Kompaniyanın yeni qərarına görə, ofisə dönüş gələn ilin yanvar ayında baş tutacaq.
Yeni növ koronavirusun “Covid-19” Delta variantı səbəbilə yoluxmaların artmağa başlamasından sonra texnologiya nəhəngi Apple ofisə dönüş tarixi ilə əlaqəli yenidən qərarını dəyişdirib.
Daha əvvəl ofisə dönüş tarixini sentyabrdan oktyabra dəyişdirən şirkətin yeni qərarına görə, bu, yalnız gələn ilin yanvarından mümkün olacaq.
Bloomberg-in xəbərinə görə, Apple işçilərinə ofisə qayıtmazdan bir ay əvvəl yenidən açılma proqramını təsdiqləyəcəklərini bildirib.