"Taliblər iyulun əvvəllərində Əfqanıstan ərazilərini ələ keçirərkən ölkənin mərkəzi hissəsində məskunlaşan həzara azlığınının nümayəndələrini qətllərə və işgəncələrə məruz qoyublar".
Məlumatı "Amnesty İnternational" beynəlxalq insan hüquqları təşkilatı yayıb.
BBC xəbər verir ki, şahidlər zorakılığın müdhiş səhnələrini təsvir ediblər.
“Taliban” Kabili ələ keçirəndən sonra əfqanları və beynəlxalq birliyi əmin etməyə çalışır ki, onların idarəçiliyi əvvəlki hakimiyyətlərindən fərqlənəcək. Amma hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, həzaralara tutulan divan onların əsl niyyətlərini ortaya qoyur.
Həzaralar monqol-türk-iran mənşəli şiələrdir.
Onlar saylarına görə Əfqanıstanın üçüncü etnik icmasıdır, amma sünnilərin çoxluq təşkil etdikləri ölkədə onilliklərdir ki, təqiblərə məruz qalırlar.
“Taliban”ın 1996-2001-ci illərdəki ilk hakimiyyət dövrü də həzaralara qarşı repressiyalarla müşayiət olunub.