ABŞ administrasiyası ölkə vətəndaşlarına ilk iki komponentlə peyvəndləmədən 8 ay sonra üçüncü - buster dozası ilə vaksinləməni tövsiyə etməyi planlaşdırır.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, yaxın günlərdə əlavə tədbirlərin tətbiqi bəyan ediləcək. Güman edilir ki, “BioNTech” və “Pfizer” konsorsiumunun, həmçinin “Moderna” şirkətinin preparatları ilə peyvənd olunmuş ABŞ vətəndaşlarına infeksiyanın delta ştammından qorunmaq üçün üçüncü doza vaksin vurdurmaq tövsiyə olunacaq.
Buster dozası ilə peyvəndləməyə sentyabr ayının ortalarında və ya sonlarında başlanacağı gözlənilir.