ABŞ-ın Ədliyyə Nazirliyi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) hesabına 201 milyon dollar köçürəcək.
TASS xəbər verir ki, bu, korrupsiyaya bulaşmış qurum rəsmilərinin dondurulmuş hesablarında qalan vəsaitlərdir.
Sözügedən məbləğin “World Football” fonduna yönləndiriləcəyi bildirilib.
Yeni yaradılmış fondun cəmiyyətə müsbət təsir göstərən futbolla bağlı layihələri maliyyələşdirdiyi qeyd edilib.