Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanan Anlaşma Memorandumunu təsdiq edib.
Bu barədə “Resmi Gazete”də məlumat dərc olunub.
Bildirilib ki, Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında 2 aprel 2021-ci ildə Bakıda imzalanan Rəqəmsal Ticarət Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu bu gün Türkiyə Prezidentinin qərarı ilə rəsmi şəkildə təsdiqlənib.