Artıq NATO qüvvələri Əfqanıstandan çıxmağa başlayıb. Məlumatlara görə, NATO qüvvələrinin çıxdığı bölgələrdə Taliban nəzarəti ələ almağa çalışır.
İndi ən çox cavab axtaran suallardan biri də odur ki, Rusiya Əfqanıstana girə bilərmi?
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Əfqanıstan hökuməti ilə bu ölkəyə ordu yeridilməsinə dair danışıqlar getmir.
Peskov bildirib ki, Rusiya hələlik Tacikistan-Əfqanıstan sərhədinə də əsgər göndərməyi düşünmür.
"NATO qüvvələrinin çəkilməsindən sonra Əfqanıstanda vəziyyət getdikcə pisləşir. Vəziyyət izlənəcək və dəyərləndiriləcək, əgər narahatlıq doğuran məqamlar daha da artsa, əsgərlərimiz, və sərhəd mühafizə qüvvələrimiz bəzi qərarlar almalı olacaqlar", - deyə Kremlin sözçüsü Peskov bildirib.