Cəmiyyət

“Qadınları zorlayaq!” çağırışı edən şəxslə bağlı DİN araşdırma başladıb

1 dəqiqə
“Qadınları zorlayaq!” çağırışı edən şəxslə bağlı DİN araşdırma başladıb

Sosial şəbəkələrdə "Pantural" ləqəbi ilə tanınan bloqer "qadınları zorlayın!" deyə çağırış edib.

O, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.

Məsələ barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov oxu.az saytına açıqlamasında deyib ki, artıq həmin bloqerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:

"Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək".

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun