Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab verib.
Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.
Müdafiə Nazirliyindən o da bildirilib ki, əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər.
bir qədər öncə Ermənistan tərəfi sərhəddə baş vermiş atışma nəticəsində bir erməni və iki azərbaycanlı hərbçinin yaralandığı barədə xəbər yayıb.