FIFA futbolu kökündən dəyişdirəcək beş dəyişiklik barədə müzakirələr aparır.
Bu iddia ilə Türkiyənin “NTV Spor” kanalı çıxış edib.
Tarixi dəyişikliklərin aşağıdakılardan ibarət olduğu açıqlanıb:
- Hər hissənin müddəti 45 dəqiqədək 30 dəqiqəyədək azaldılacaq;
- Matç zamanı “təmiz vaxt” anlayışı tətbiq ediləcək və oyunun dayandığı vaxtlarda onun vaxtı da dayandırılacaq;
- Oyunçu dəyişikliyi məhdudiyyətsiz olacaq;
- Aut atışları ayaqla icra ediləcək;
- Sarı kart alan futbolçu 5 dəqiqə oyundan kənar qalacaq.
Qeyd edək ki, əgər bu dəyişikliklər tətbiq olunarsa, futbol alışdığımızdan daha fərqli bir oyuna çevrilə bilər.