“Razılaşmanın reallaşması üçün Moskva Bakı və İrəvanla əlaqə saxlayır”.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Azərbaycanla sərhədboyu Rusiya sərhədçilərinin yerləşdirilməsi təklifinə münasibət bildirərkən deyib.
“Üçtərəfli razılaşmanın tam təmin olunması üçün Rusiya Bakı və İrəvanla təmas saxlamaqda davam edir”, - o bildirib.
D.Peskov Rusiyanın N.Paşinyanın təklifinin yerinə yetirilməsinə nə qədər hazır olub-olmadığına dair suala cavab verməyib: “Başqa heç nə əlavə edə bilmərəm”.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb.