Çempionlar Liqası: "Neftçi"nin potensial rəqibi müəyyənləşir

Çempionlar Liqası: "Neftçi"nin potensial rəqibi müəyyənləşir
19 İyul 2021
Mətni dəyiş

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Tədbirdə Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Neftçi"nin də potensial rəqibi müəyyənləşəcək. II raundda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq "ağ-qaralar" püşkatmada səpələnmişlər səbətində yer alacaq.

Azərbaycan çempionu üçün 5 mümkün rəqib var. Yalnız "Alaşkert" (Ermənistan) – "Şerif" (Moldova) cütü flaqmana potensial rəqib ola bilməz.

III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi “Slaviya” (Çexiya) “Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi “Kayrat” (Qazaxıstan) / “Srvena zvezda” (Serbiya) cütünün qalibi “Reyncers” (Şotlandiya)

Səpələnməmişlər

“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) “Malmö” (İsveç) – HİK (Finlandiya) “Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya) “Legiya” (Polşa) – “Flora” (Estoniya) “Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova) “Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun