ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığında prezidentlər ABŞ-Rusiya zirvəsindən sonra Suriyaya sərhədlərarası humanitar yardımın BMT Təhlükəsizlik Şurasında bərpa edilməsi barədə yekdilliklə qərar qəbul edilməsini və hər iki ölkənin heyətlərinin birgə işlərini yüksək qiymətləndiriblər.