Cəmiyyət

Azərbaycan Ordusunun müharibədə itkin düşən kapitanının nəşi tapılıb

1 dəqiqə
Azərbaycan Ordusunun müharibədə itkin düşən kapitanının nəşi tapılıb

Azərbaycan Ordusunun ikinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

9 ay əvvəl itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə həlak olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Mərhum iyulun 12-də Bakıda dəfn ediləcək.

Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Müharibənin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun