Əfqanıstanda sülh prosesinə töhvə vermək üçün Amerika, Özbəkistan, Əfqanıstan və Pakistandan ibarət yeni dördlü format yaradılıb.
Bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov, Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar, Pakistanın xarici işlər naziri Şah Mahmud Küreyşi və Amerikanın Əfqanıstan məsəlləri ilə bağlı xüsusi nümayəndəsi Zalmay Halizad formatın yaradılması ilə əlaqədər Daşkənddə görüş keçiriblər.
Yeni yaradılan format həm də regional münasibətlərin inkişaf etdirilməsinə xidmət etməyi hədəfləyir.
Bu hədəflərə tərəflərin iqtisadi gücünün artırılması, yeni tranzit yolların salınması və ölkələr arası iqtisadi münasibətlərin böyüdülməsi də daxildir.