8 İyun 2021
Mətni dəyiş
İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin minaya düşərək həlak olmasından sonra "Sərhədsiz Reportyorlar" təşkilatı öz bəyanatında hadisənin başvermə şəraitinin dəqiq aydınlaşdırılmasına çağırıb.
Bəyanatda qeyd olunub ki, jurnalistlər Dağlıq Qarabağdan kənarda və Ermənistanla sərhəddin bir neçə kilometrliyində həlak olublar. AzTV-Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və AzərTAC Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov reportaj hazırlamaq üçün Susuzluq kəndinə gedirmişlər.
Onların olduğu avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində azərbaycanlı məmur da həlak olub və dörd nəfər yaralanıb. Şənbə günü Bakıda və Sumqayıtda yüzlərlə adamın iştirakı ilə onların dəfn mərasimləri keçirilib.
"Həmin iki azərbaycanlı jurnalistin ölümü bu peşənin nümayəndələri üçün faciəvi xəbərdir", - "Sərhədsiz Reportyorlar"ın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye bildirib.
"Bu zonada çalışmaq istəyən digər jurnalistlər də eyni vəziyyətlə üzləşə və ya reportajlardan imtina edə bilər. "Sərhədsiz Reportyorlar" Azərbaycan hakimiyyətini bu zonada çalışan jurnalistləri qorumağa, bu hadisəni tam və şəffaf şəkildə araşdırmağa çağırır", - o qeyd edib.
Onlar 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycanın azad edilmiş ərazilərində, Dağlıq Qarabağın yaxınlığında, Azərbaycanın separatçı və ermənilərin yaşadığı bölgəsində öldürülən ilk jurnalistlərdir. Münaqişə zamanı ən azı yeddi jurnalist xəsarət alıb.
Atəşkəslə bağlı Rusiya ilə razılaşdırılmış sazişin olmasına və Rusiya sülhməramlılarının yerləşdirilməsinə baxmayaraq, gərginlik yüksək olaraq qalır. Demarkasiya xəttinin keçməsi ilə əlaqədar iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu region dünyada ən çox minalanmış regionlardan biri hesab olunur, Azərbaycan Ermənistan hakimiyyətini minalanmış ərazilərin xəritələrini verməməkdə imtina edir.
"Sərhədsiz Reportyorlar" Ermənistan hakimiyyəti ilə əlaqə yaratsa da, indiyədək bu ittihamlara cavab almayıb və Ermənistan hakimiyyəti iki azərbaycanlı jurnalistin həlak olmasını şərh etməyib.