Ukrayna "2024 xarici siyasət strategiyası" layihəsi çərçivəsində Rusiyadan təzminat tələb edəcək.
Bu həftə Ukraynada "2024 xarici siyasət strategiyası" layihəsi təsdiqlənib. Bu barədə məlumatı Ukrayna xarici işlər naziri Dmitri Kuleba yayıb.
"2024 xarici siyasət strategiyası" layihəsində Rusiyaya ilə münasibətlərə də yer verilib. Sənəddən görünür ki, Ukrayna gələcəkdə Rusiyaya qarşı təzyiqlərini artırmaq istəyir.
Belə ki, sənəddə qeyd olunub ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü təmin etməlidir və işğal faktına görə təzminat ödəməlidir. Yeni layihə çərçivəsində bu yöndə addımları intensivləşdirmək üçün hökumətin üzərinə konkret vəzifələr qoyulub.